•Ancaq Azərbaycanda Maqazində əvvəlcə giyməti soruşurlar sonra "Aşağı yeri nədir?" deyirlər.
•Ancaq Azərbaycanda yaşlıların ən çox sevdiyi söz: "Sovetin vaxtında bilirdin ki hara şikayət edəsən, indi isə kim nə istəyir eləyir"dir.
•Ancaq Azərbaycanda mütləq maşında musiqini ele qoyurlar ki, maşındakıların qulaqları kar olsun, çöldəkilər qulaq assınlar.
•Ancaq Azərbaycanda tanış birinə iş görəndə "mən sənə qiymət demirəm, nə verərsən, verərsən" deyilir. Amma sonra məbləq az olanda "üstünü bir az düzelt də" deyirlər.
•Ancaq Azərbaycanda evde tualetə gedəndə özü ilə mobil telefon aparırlar.
•Ancaq Azərbaycanda telefonda saatlarla söhbət edirlər.
•Ancaq Azərbaycanda qizlar dərisinin rəngi tam dəyişənə kimi kraskalanırlar.
•Ancaq Azərbaycanda rüşvət almayan adama kinayə ilə “axmaq” deyilir.
•Ancaq Azərbaycanda seçkidən əvvəl “seçilən artıq seçilib” deyilir.
•Ancaq Azərbaycanda milli komanda 1-0 məğlubiyyətinə sevinilir.
•Ancaq Azərbaycanda kitablar oxumaq istisna olmaq şərti ilə hər işə yarayır.
•Ancaq Azərbaycanda avtobuslarda millət nəfəs almaq üçün başlarını pencərədən çölə çıxarır.
•Ancaq Azərbaycanda qız, oğlan fərqi yoxdu – hamının cibində güzgü olur.
•Ancaq Azərbaycanda “başqa?”-sualına “can sağlığı” cavabı gəlir.
•Ancaq Azərbaycanda qızla tanış olmaq istəyən oğlan “yox!” cavabı alarsa, “elə-belə də olmaz?” deyə yenidən müraciət edir.
|
• 2005-09-22 15:03:30 - Başlıksız Yorum