DAXİL OLA BİLƏRSİNİZ!
• 23/1/2006 - Ancaq Azərbaycanda (13-hissə)
•Ancaq Azərbaycanda papaqla asfaltdan keçən deyir ki, “şəhərliyəm”. •Ancaq Azərbaycanda “kəndçisən” sözü təhqir hesab olunur. •Ancaq Azərbaycanda imkanı olan öz qızının adına şadlıq sarayı açır. •Ancaq Azərbaycanda konduktorlar əzilməmiş pulları bəyəndikləri qızlar üçün saxlayırlar. •Ancaq Azərbaycanda birinə “qara sənə çox yaraşır” deyərlərsə, tez də əlavə edirlər “allah yaraşdırmasın”. •Ancaq Azərbaycanda milləti panikaya salmamaq üçün ciddi xəbərləri gizlədirlər. •Ancaq Azərbaycanda bir sirr verəndə yavaşca deyirlər və əlavə də edirlər “divarların da qulağı var”. •Ancaq Azərbaycanda Qurban bayramında kəsilmiş qurbanları pulla satanlar da tapılır. •Ancaq Azərbaycanda instituta qəbul olandan ilk soruşulan sual bu olur ki, “özün qəbul oldun, yoxsa .....?” •Ancaq Azərbaycanda sinif nümayəndələrinə imtahanın qiymətləri pulsuz yazılır. •Ancaq Azərbaycanda imtahanın qiymətini aşağı salmaq üçün müəllimlə danışanda deyir ki, “Bazarda deyilsən”. •Ancaq Azərbaycanda bir az qarın yağması hər şeyə - işığa, qaza, suya, hətta telefon xəttlərinə də təsir edir.
Tinlədi: Şerlin
|
Şərh (3) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!
|
• 1/1/2006 - Ancaq Azərbaycanda - 2005
•Ancaq Azərbaycanda məşhur jurnalisti öldürənlər onu təntənəli surətdə dəfn edirlər.
•Ancaq Azərbaycanda hansısa tüllab bir gənc 2000 dollara Azərbaycanı satmaqda ittiham olunur və bu hadisə həftələrlə ekranlarda göstərilir.
•Ancaq Azərbaycanda hakimiyyətin içərisində cinayətkar qruplar aşkarlanandan sonra hakimiyyətə dəxli olmur və ən pis düşmənə çevrilir.
•Ancaq Azərbaycanda 30 min iş yeri açdığını millətin gözünə soxan prezident, daha sonra həmin iş yeri sahiblərinin anasını ağladaraq həbs etdirir.
•Ancaq Azərbaycanda nazirlər və məmurlar həbs olunandan sonra onların kalan var-dövlət sahibi olması aşkar olur.
•Ancaq Azərbaycanda bir əsgərin hərbi hissədən qaçdığına görə şəhərə hərbi artileriya tökülür, ordu çıxarılır.
•Ancaq Azərbaycanda hakimiyyət tərəfindən günahlı,günahsız həbs olunan insanlar həbsdən çıxışlarına az müddət qalmış əfv olunur və çıxdıqdan sonra məhbuslar prezidentə öz dərin təşəkkürünü bildirir.
•Ancaq Azərbaycanda seçkilər parlaq, şəffaf və demokratik keçirilir, amma nəticələr saxta olur.
•Ancaq Azərbaycanda bütün bayramların təməli Heydər Eliyevlə bağlıdır.
•Ancaq Azərbaycanda müxalifət seçkidən-seçkiyə fəal olur.
•Ancaq Azərbaycanda siyasi islahat adıyla nazir yerdəyişmələri müşahidə olunur.
Tinlədi: TinBala
|
Şərh (2) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!
|
• 30/11/2005 - Ancaq Azərbaycanda (12-hissə)
•Ancaq Azərbaycanda biri hər hansı bir şey haqqında çox danışırsa, deməli həmin şey haqqında heç nə bilmir.
•Ancaq Azərbaycanda keçirilən mitinqlərin hamısı icazəsiz və nəticəsizdir.
•Ancaq Azərbaycanda birinə sirr verərkən ondan and içməsini istədikdə qarşısındakı cavab verir: “Narahat olma, bir toyda deyəcəm, bir də yasda”.
•Ancaq Azərbaycanda qrupdan ayrı gəzənlərə “Naxçıvan Muxtar Respublikası” deyirlər.
•Ancaq Azərbaycanda tələbələr dərsə bilərəkdən gecikirlər ki, sinifə daxil olanda hamının diqqəti onların üzərində olsun.
•Ancaq Azərbaycanda “dəvə durdu, dam yıxıldı” cümləsi məşhurdur.
•Ancaq Azərbaycanda saman altından su yox, cola, pepsi, fanta yeridirlər.
•Ancaq Azərbaycanda “düşmən ayağa baxar” deyirlər.
Tinlədi: Şerlin
|
Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!
|
• 20/11/2005 - Ancaq Azərbaycanda (11-hissə)
•Ancaq Azərbaycanda tələbələr, şagirdlər bir-birilərinə olan sözlərini partaların üstünə yazaraq çatdırırlar.
•Ancaq Azərbaycanda biri uzun-uzadı özünü təriflədikdən sonra ona yenidən sual verərlərsə, deyir: “Bir kitab Quran oxudum deyirsən ki, sən mollasan?”
•Ancaq Azərbaycanda qızla tanış olmaq istəyən oğlan qıza yaxınlaşıb – “ Bağışlayın, siz hansı nağıldansınız?” – deyir.
•Ancaq Azərbaycanda rayonlarda romantikanı sevməyən də şam işığında şam etməyə məcburdur.
•Ancaq Azərbaycanda səhərlər işə gedənlər “ayağı ağır” qonşularını görməmək üçün qaçırlar.
•Ancaq Azərbaycanda dünyanın səkkizinci möcüzələrinə rast gəlmək olar.
•Ancaq Azərbaycanda qırmızı geyinənlərə “Antonio” deyirlər.
•Ancaq Azərbaycanda mavi geyinənlər “Atabank”ın hesabına bir addım öndədirlər.
•Ancaq Azərbaycanda millətin diplomları balış altında yatır.
•Ancaq Azərbaycanda eyni klubda oturub bir-biri ilə internet vasitəsi ilə danışırlar.
•Ancaq Azərbaycanda zibili və çirkli suları balkonlardan aşağı atırlar.
Tinlədi: Şerlin |
Şərh (1) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!
|
• 31/10/2005 - Ancaq Azərbaycanda (10-hissə)
•Ancaq Azərbaycanda “giydirmə həci” ifadəsi mövcuddur.
•Ancaq Azərbaycanda qız oğlandan soruşanda ki, “Mobilni varındı?”, oğlan isə “Yox, həkim icazə vermir” kimi cavablayır.
•Ancaq Azərbaycanda Prezidentin xanımı deputat olmaq fikirindədir.
•Ancaq Azərbaycanda Prezidentin qızı restoranda borclu qala bilər.
•Ancaq Azərbaycanda dilənçilər qizil məmulatlar taxır.
•Ancaq Azərbaycanda metroya girmək insanın ciyərləri baxımından təhlükəlidir.
•Ancaq Azərbaycanda millət “bizi qınayanın atasına lənət” deyir.
•Ancaq Azərbaycanda ailə üzvlərinə “millət” deyə müraciət olunur.
•Ancaq Azərbaycanda təcili yadım o vaxt gəlib çıxır ki, heç yardıma ehtiyac qalmır.
•Ancaq Azərbaycanda avtobuslar sərnişinin qapısının ağzında saxlaya bilir.
•Ancaq Azərbaycanda rüşvət alan birinə “bacarıqlı oğlan” deyirlər.
•Ancaq Azərbaycanda idmançılar aeroport sumkasıyla firlanırlar.
•Ancaq Azərbaycanda məktəblərdə qiyməti pulnan yazırlar.
•Ancaq Azərbaycanda barmağa müərkkəb batırmaq mentalitetə zidd sayılır.
•Ancaq Azərbaycanda müxalifət düşmənnən də betər sayılır.
•Ancaq Azərbaycanda hər həftə mitinq keçirilir.
•Ancaq Azərbaycanda 11 iqlim qurşağından 9-u mövcuddur.
•Ancaq Azərbaycanda "bizim millət düzəlməyəcək" ifadəsi məşhurdur.
Tinlədi: Tindaşlar |
Şərh (2) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!
|
• 19/10/2005 - Ancaq Azərbaycanda № 9
•Ancaq Azərbaycanda “üz verdikcə astar istəyir” cümləsi var.
•Ancaq Azərbaycanda “ağzımı aşdırma” ifadəsi var, cavabı da “ağzın onsuzda acıqdı”.
•Ancaq Azərbaycanda hər seçkidən əvvəl təmir işləri aparılır.
•Ancaq Azərbaycanda bulvarda teleserialların davamına tamaşa etmək olar.
•Ancaq Azərbaycanda oğlanlar qız adı ilə çatda oğlanlarla danışırlar və bunun ilə fəxr edirlər.
•Ancaq Azərbaycanda avtobuslara yazıb yapışdırırlar ki, “avtobusda itən əşyalara görə sürücü və konduktor cavabdeh deyildir”.
•Ancaq Azərbaycanda rayonlarda millət şam işığında şam etməyə məcburdur.
•Ancaq Azərbaycanda “ata malı, can dərmanı” ifadəsi məşhurdur.
•Ancaq Azərbaycanda qorxaq oğlanlara “qızbibi” deyirlər.
•Ancaq Azərbaycanda əziz adamlara “çuşka” deyə müraciət edirlər.
•Ancaq Azərbaycanda sevgililər günündən əvvəl çoxu özünə təzə sevgili axtarırlar.
Tinlədi: Şerlin |
Şərh (1) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!
|
• 28/9/2005 - Ancaq Azərbaycanda № 8
|
•Ancaq Azərbaycanda dövlət dilini olmasa da, rus dilini bilmək zəruridir. •Ancaq Azərbaycanda Məhərrəmlik və Orucluq ayından əvvəl toyların sayı ikiqat artır. •Ancaq Azərbaycanda “sən öl” və “mən ölüm” kimi and içmə üsulları var. •Ancaq Azərbaycanda taksiləri çağırmadan özləri hər axşam toy olan şadlıq evlərinin yanında olur. •Ancaq Azərbaycanda magazalarda kassa olsa belə işləmir, əvəzində isə qışqıraraq kassa “kassa 2 000”, kassa 10 000” və s. deyirlər. •Ancaq Azərbaycanda bazarda neyinsə qiymətini soruşanda satıcı qiyməti deyir həm də əlavə •edir- “aşağı yeri də var”. •Ancaq Azərbaycanda üzrxaqlıq kimi “bağışla” deyiləndə, qarşı tərəf “nənən qalsın ağacda” deyə əlavə edir. •Ancaq Azərbaycanda bir pulu xırdalamaq üçün üstündə əlavə pul vermək lazım gəlir. •Ancaq Azərbaycanda şagirdlər evə gedəndə 5 alıblarsa “5 aldım”, 2 alıblarsa isə “müəllim mənə 2 verdi” deyirlər. •Ancaq Azərbaycanda Flarmoniya kimi mədəniyyət mərkəzinin həyətində kafe açırlar. •Ancaq Azərbaycanda paltar satıcıları arasında ən məşhur söz “yu-gey, yu-gey”-dir. •Ancaq Azərbaycanda camaat özü bilə-bilə dolu avtobusu əl eləyib saxlayır, minir, düşəndə isə sürücünü borclu çıxarır. •Ancaq Azərbaycanda “oğlandan çox oğlan var” ifadəsi var.
Tinlədi: Şerlin |
Şərh (1) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!
|
• 12/9/2005 - Ancaq Azərbaycanda № 7
•Ancaq Azərbaycanda Maqazində əvvəlcə giyməti soruşurlar sonra "Aşağı yeri nədir?" deyirlər.
•Ancaq Azərbaycanda yaşlıların ən çox sevdiyi söz: "Sovetin vaxtında bilirdin ki hara şikayət edəsən, indi isə kim nə istəyir eləyir"dir.
•Ancaq Azərbaycanda mütləq maşında musiqini ele qoyurlar ki, maşındakıların qulaqları kar olsun, çöldəkilər qulaq assınlar.
•Ancaq Azərbaycanda tanış birinə iş görəndə "mən sənə qiymət demirəm, nə verərsən, verərsən" deyilir. Amma sonra məbləq az olanda "üstünü bir az düzelt də" deyirlər.
•Ancaq Azərbaycanda evde tualetə gedəndə özü ilə mobil telefon aparırlar.
•Ancaq Azərbaycanda telefonda saatlarla söhbət edirlər.
•Ancaq Azərbaycanda qizlar dərisinin rəngi tam dəyişənə kimi kraskalanırlar.
•Ancaq Azərbaycanda rüşvət almayan adama kinayə ilə “axmaq” deyilir.
•Ancaq Azərbaycanda seçkidən əvvəl “seçilən artıq seçilib” deyilir.
•Ancaq Azərbaycanda milli komanda 1-0 məğlubiyyətinə sevinilir.
•Ancaq Azərbaycanda kitablar oxumaq istisna olmaq şərti ilə hər işə yarayır.
•Ancaq Azərbaycanda avtobuslarda millət nəfəs almaq üçün başlarını pencərədən çölə çıxarır.
•Ancaq Azərbaycanda qız, oğlan fərqi yoxdu – hamının cibində güzgü olur.
•Ancaq Azərbaycanda “başqa?”-sualına “can sağlığı” cavabı gəlir.
•Ancaq Azərbaycanda qızla tanış olmaq istəyən oğlan “yox!” cavabı alarsa, “elə-belə də olmaz?” deyə yenidən müraciət edir. |
Şərh (1) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!
|
• 27/8/2005 - Ancaq Azərbaycanda № 6
•Ancaq Azərbaycanda qızıl dişi olan ağzı acıq gəzir. •Ancaq Azərbaycanda millət qazdan boğulmasın deyənə evlərə qaz zəyif verilir, qışda isə ümumiyyətlə verilmir. •Ancaq Azərbaycanda siqareti qulağın dalında gəzdirirlər. •Ancaq Azərbaycanda yol polisləri deyəndə “it” başa düşülür. •Ancaq Azərbaycanda internet sırf əyləncə üçündür. •Ancaq Azərbaycanda oxumamış alimlər mövcuddur. •Ancaq Azərbaycanda avtobusla “vərəmə” getmək olar. •Ancaq Azərbaycanda “dəymədüşər” sözü mövcuddur. •Ancaq Azərbaycanda şirinlik pul hesab olunur. •Ancaq Azərbaycanda avtobuslara “avtobusda itən əşyalara görə sürücü cavabdeh deyil”,“salonda siqaret çəkmək olmaz” yazılır, ancaq sürücülər içərini tüstülədirlər. •Ancaq Azərbaycanda qaqaşlar maşın üçün maqnitofon yox, maqnitofona görə maşın alırlar. •Ancaq Azərbaycanda qizlara “az”, oğlanlara isə “əə..” deyə müraciət olunur. •Ancaq Azərbaycanda hər şeyin yaxşısı xarici vətandaşlar üçündür. •Ancaq Azərbaycanda qızlar özləri ilə birlikdə bütün kosmetika ləvazimatlarını gəzdirirlər. •Ancaq Azərbaycanda adam adları ilə pul vahidi var. •Ancaq Azərbaycanda hər hansı bir hesabın doğma pul vahidi ilə aparılması çuşkalıq sayılır. •Ancaq Azərbaycanda hər bil malın originalı ilə bərabər “paddelkası” da mövcuddur.
Tinlədi Sherlin |
Şərh (3) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!
|
• 10/8/2005 - Ancaq Azərbaycanda № 5
•Ancaq Azərbaycanda qız və oğlan mazaqlaşmaq üçün şəhidlər xiyabanına gedirlər. •Ancaq Azərbaycanda Aztv kimi sırtıq-düşüy kanal mövcuddur. •Ancaq Azərbaycanda "Ac ol, kişi ol" məsəli "Kişilər 41-45 də rəhmətə getdi" kimi cavablanır. •Ancaq Azərbaycanda bir nəfərin heykəli bütün şəhər, rayon,kəndlərə qoyulur. •Ancaq Azərbaycanda bu qədər yaltağlıq mövcuddur. •Ancaq Azərbaycanda manıs və mütrüb ordusu var. •Ancaq Azərbaycanda "qüdrətli ordumuz var" deyə-deyə torpağlar işğaldadır. •Ancaq Azərbaycanda "türkün məsəli" ifadəsi var. •Ancaq Azərbaycanda dövlət başı dövlət himnini bilmir. •Ancaq Azərbaycanda mobil telefonla qulaq qurdalayirlar. •Ancaq Azərbaycanda ata övladını əzizləyirmiş kimi köpəyoğlu, it oğlu it, oğraş, sən kimin küçüyüsən, şeytan kimi ifadələrdən istifadə edir. •Ancaq Azərbaycanda zibili zibil qutusuna yox onun dibinə və ya küçəyə atıllar. •Ancaq Azərbaycanda binanın altından keçəndə başına ya köhnə çay, ya da vannadakı murdar suyu töküllər.
•Ancaq Azərbaycanda yaxın adamlar bir-birləri ilə ana-bacı söyüşü söyərək məzələnirlər.
•Ancaq Azərbaycanda avtoş sənəti mövcuddur.
•Ancaq Azərbaycanda "axşam bazarı" ifadəsi mövcuddur.
•Ancaq Azərbaycanda məktəblərdə "fond pulu" yığılır amma məktəb pis gündədir.
Tinlədi MoZaLaN |
Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!
|
|
|
|