(xəbərnamə)
2045-ci il Şahzadə III Əliyev Qarabağ probleminin həlli üçün Müstəqil Çeçenistan Respublikasında keçirilən MDB dövlətlərinin sammitinə qatılıb. Çeçenistan prezidentinin təşəbbüsü sayəsində Ermənistan prezidenti ilə görüşən cənab Əliyev məsələnin tez bir zamanda sülh yolu ilə həll olacağını vurğulayıb...
Sammitdən qayıtdıqdan sonra Azərbaycanın paytaxtı İlhamabad şəhərində İlham Əliyev adına Respublika sarayında İlham Əliyevin Avropa Şurasındakı möhtəşəm çıxışının ildönümü ilə əlaqədar toplantıda iştirak edib. Cənab Əliyev ilham Tv-yə verdiyi müsahibədə bildirib ki: "İlham Əliyevin Avropa Şurasındakı uğuru yaxın gələcəkdə öz bəhrəsini verəcək"! Elə həmin gün erməni generallarının 4826-cı dəfə Azərbaycana gəlməsindən bezən Qarabağ Azadlıq Təşkilatı üzvləri İlham Əliyev adına Hava Limanında onları qarşılamağa üz tutublar. Sonradan məlum olub ki, ermənilər İlham Əliyev adına Dəmir Yol Vağzalına gələcəkmişlər. İlham Əliyev adına Dəniz Limanına gəlmə ehtimalı da var. (Onsuzda Qarabağın azadlığını istəyən 5-10 nəfər adam var onları da pərən-pərən salıblar küçələrə.) Ermənilər də eləmə tənbəllik qanunsuz şəkildə, sərhədimizi vəhşicəsinə pozaraq İlhamabaddan Türkiyənin Qars şəhərindəki İlham Əliyev küçəsinə çəkilən böyük magistral ilham yolu ilə durub gəliblər bura. Hər zaman olduğu kimi xoş səmimiyyətlə qarşılaşan sülalə "gendaşları" NATO-nun sülh məramlı qüvvələrinin İlham Əliyev Hotelində keçirilən toplantısında iştirak ediblər. Seçki ərəfəsində edilən çıxışlarda cənab Heydər Eliyev babasının və atasının layiqli yolunu davam etdirəcəyini bildirmiş, Azərbaycanda gedən siyasi, iqtisadi, medəni irəliləyişdən söz açmış, hətta bu irəliləyişin Avropaya inteqrasiyasının vacibliyini də vurğulamışdir. Qarabağ probleminin həllinə deyinən müdrik, dahi prezident bunun tez bir zamanda Azərbaycanın xeyrinə başa çatacağını, lazım gələrsə (mən bu "Lazım"ı tanımadım da kimdir, ata-bala da bunu deyirdi. A kişi siz əl çəkin ki, "Lazım" bədbəxt gəlsün də!) şanlı ordumuzla torpağlarımızı işğalçılardan azad edəcəyini beyan etmişdir. Erməni zabitləri bu bəyanata etiraz əlaməti olaraq nəvə Əliyevin və Azərbaycan millətinin ölməz babasının qəbrini ziyarət edib ruhuna dualar oxumuşlar.
Fısqırıq Xəbər Agentliyi
|
• 2005-07-11 12:34:45 - Eyri söze edalet çekici gerekdü
Qeqeni sa beyendirmek mecburiyyetinde deyilik kiminse yazısını. Ele bir niyyetimiz de yoxdur, eteğa ceddi. Sadece olaraq kimise beyenmirsense, oxumaya bilersen de yeqin. Bu söbeti bağlasaq gözel olar canımçun. Hem Hebib kişi orda oxuduğum qederiyle Eliyeviçi söymeyib. Menim bir qüsürum var ona ki, nahaq yere söymeyib, gerek söyerdi.
Sora canım sene disun, qerdeş türk başqa, ivan-andrey başqa. Türk bizim qardaşımızdir tarix boyunca olub ve olacaq. Öz qardaşımın dilinde danışmağı ve ya yazmağı heş kim mene irad tuta bilmez. Bir de yene deyirem men saytda osmanlı lehcesinde heç bir mövzu elave etmemishem ve tapa da bilmezsenş Sadece olaraq chatda, boxda ve ya şerhde ola biler. O ki, qaldı öyretmeye men hele öz dilimizde danışa-danışa öyredirem. İstesen tanış eliyerem çırtdıyarlar seçün ana dilimizi. Bir gün vaxtın olanda keç tine, otur kubikin üstünde, entiqe samovar çayınnan dad sübut eliyerem. O ki, qaldı neyese xatir menevi deyerden keçmek, pay atonnan burda lap qarasını çıxartmısan canımçun. Ə kişi, biz burda menevi deyerlerimizi tapdalayan şerefsiz hakimiyyete qarşı mübarize aparırıq, sen qalxıb gör nece qara yaxırsan. Türk dilinde burcudan Elçibey, Heyder ve indi de İlham dahi rehber, önder olurlar, biz burda ikice kelme salam eleyk elemişik olduq veten xaini. Halbuki biz ferdi, onlar ise ictimai lider sayılır. Ne ise kimnense salam eleyk elemek neyinse müqabilinde deyil, sadece olaraq semimiyyet ve mehribanlıqdan ireli gelir. Öpdüm seni alnunnan. Bir az da derine baş vur, tapacaqsan... Usanma yaz!