<body><script language="Javascript">function ShowPicture(id,Source) { if (Source=="1"){ if (document.layers) document.layers[''+id+''].visibility = "show" else if (document.all) document.all[''+id+''].style.visibility = "visible" else if (document.getElementById) document.getElementById(''+id+'').style.visibility = "visible" } else if (Source=="0"){ if (document.layers) document.layers[''+id+''].visibility = "hide" else if (document.all) document.all[''+id+''].style.visibility = "hidden" else if (document.getElementById) document.getElementById(''+id+'').style.visibility = "hidden" } } </script> <style type="text/css"> #virgul_buyuk { position:absolute; visibility:hidden; border:0; width: 468px; height:250px; z-index: 999996; } #virgul_kucuk { display:block; border:0; z-index: 999997; height: 0 auto; } #container_virgul { z-index: 999998; position: absolute; top:0; left:295px; } </style> <div id="bb_navbar" style="display: block; position: absolute; width: 100%; top: 0; left: 0; z-index: 999999;"> <iframe src="http://www.blogcu.com/blogbar.php?loc=index&wc_id=0&theme_no=1&email=" width="100%" scrolling="no" height="60" frameborder="0" id="iframe" marginheight="0" marginwidth="0" allowtransparency="yes"> </iframe> <script src="http://prm.virgul.com/js/encode.js" type="text/javascript"></script> <div id="container_virgul"> <div id="virgul_kucuk" onmouseover="ShowPicture('virgul_buyuk',1)"> <script type="text/javascript" src="http://prm.virgul.com/ad_rotate376.php"></script> </div> <div id="virgul_buyuk" onmouseout="ShowPicture('virgul_buyuk',0)"> <script type="text/javascript" src="http://prm.virgul.com/ad_rotate418.php"></script> </div> </div> </div> <br/> <br/> <br/> <br/> <div style="margin-top:20px;margin-bottom:20px" align="center"> <script type="text/javascript"><!-- google_ad_client = "pub-7922704802748320"; /* 728x90, oluşturulma 25.03.2008 */ google_ad_slot = "2646695947"; google_ad_width = 728; google_ad_height = 90; //--> </script> <script type="text/javascript" src="http://pagead2.googlesyndication.com/pagead/show_ads.js"> </script> </div>
Logo SAYTIMIZIN YENİ VERSİYASİ TİN SÖHBƏTİ - YENİ DİZAYN DAXİL OLA BİLƏRSİNİZ!

• 4/2/2006 - Siyasi incilər (11-hissə)

Kateqoriya: inciler

Bu ilki  Milli Məclisdə Naxçıvanda Ombudsman İnstitu barədə müzakirələr zamanı Nizami Xudiyev demişdir:
- Bu nə institutdur. Orada bir qurum yaradacaqlar, 3-4 nəfər işçisi ilə. Adını da, qoyacaqlar "institut". Belə olmaz axı. Ay balam, biz görmüşük ki, institutda müəllim olar, tələbə oxuyar, professor işləyər. Adı "institut" yox, "qurum" olsun təklifi verirəm".

 

Mübariz Qurbanlı əmindir ki, AŞ PA-dakı nümayəndə heyətimiz hücumçu mövqeyini davam etdirəcək.

 

Lider kanalının 167-ci saat verlişinin aparıcısı: “Rusiyanın əhalisinin 20 faizi xronoloji alkaqolikdilər”.

 

Polad Bülbüloğlu: “Hal-hazırda ziyalılardan ehtiras səsləri gəlməkdədir”.

 

Nazirlərin hesabat iclasında İlham Əliyev:
„Ötən il bu məbləğ … , bu il ilə onu qaldırıb … edəcəyik. Yeni pul ilə təqribən 100.000 dollar.

 

Şəkidə olarkən İlham Əliyev Mehriban Əliyeva ilə mollanın yanında dururlar. Məsciddə molla prezidentə deyir ki, "icazə verin Allaha dua edək".

Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 20/12/2005 - Siyasi incilər (10-hissə)

Kateqoriya: inciler

Allahşükür Paşazadə: Heydər Əliyevə qarşı çıxmaq Allaha qarşı çıxmaqdır.

 

•Əhəd Abıyev: “Təzə parlamentdə elə qadınlar var ki, onların yanında heç kəs cürət edib söyüş söyməz”

 

Dövlət əmlak komitəsinin keçmiş sədri xarici qonaqları hanısa muzayə aparıb onlara müxtəlif eksponatlar barəsində ingilscə nələrsə danışmağa çalışır.
Nümayəndə heyəti, azərində əjdahanı öldürən Bəhram təsvir olunmuş xalçaya yaxınlaşır.
Barat Nuriyev izah edir:
- Eee, on this picture you can see (bir qədər düşünərək) eee... Azebaijan national hero Bakhram... eee... killing (bir qədər düşünərək) ... eee...
Azerbaijan national animal (uzun müddətə fikrə gedir)... eee... CROCODILE

 

İsgəndər Həmidov Milli Məclisdə: “Heydər bey, mənə deyirlər ki, siz mənim dayımsınız” ifadəsini işlətmişdir.

 

Şərh (2) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 5/12/2005 - Siyasi incilər (9-hissə)

Kateqoriya: inciler

Milli Məclisin sabiq deputatı Nazim İmanov “Qrant”lar barəsində qanun layihəsini parlamentə təqdim edərkən, deputatlardan biri: “Nazim, professor adamsan, o nə addır qoymusan? Erməni adıdır Qrant, azərbaycan sözü tapmadın?- deyir.

 

Qırğızıstanın spikeri İlham Əliyevin də olduğu parlamentdə çıxış edir. Təbii ki, Murtuz Ələsgərov da iştirak edirdi. Qırğızıstanın spikeri xoş sözlərlə Azərbaycan-Qırğız dostluğundan ve ictimai, siyasi, mədəni əlaqələrindən bəhs edir, amma rus dilində. Bunu sezən İlham Əliyev, üzünü Murtuz müəllimə tutaraq:

-Murtuz, sən də başa düşdünmü?- deyir.

 

Köhnə Lenin muzeyinin yanında uçan evlə əlaqədar məmurlar toplaşıb və Heydər Əliyev də orda Ramil Usubovdan hadisə ilə bağlı ətraflı məlumat alır. Ramil Usubov deyir:

Cənab prezident, hadisə 15.30 radələrində baş vermişdir. Bina uçarkən, binada 4 adam var idi. Onlardan ikisi xilas olmuş, digər ikisi isə “uspet eliyif” çıxa bilməmişlər.

 

Yeni səhiyyə naziri: „Onsuzda həkimə xəstələt hörmət eləyib, kim karobka kanfet, kim pay göndərib, həkim də dolanır”.

 

İlham Əliyev: “On il danışıqlar aparılması ermənilərə güzəştdir.”

Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 24/11/2005 - Siyasi incilər (8-hissə)

Kateqoriya: inciler

Yazıq litsey şagirdi İlham Əliyevlə görüşdə atasının şəninə bir tə'rif-məruzə oxuduqdan sonra,  prezident isə: "Bilik ALIN, uşaqlar!",- dedi.

 

"Azərbaycan“ qəzetində 2001 polis mə'murları ilə iclasında (Polis Günü münasibətilə)  prezident H.Əliyevin çıxışından. Əliyev Üsubova dönüb, polis kardların həmçinin Polis Akademiyasında hazırlanması haqqında danışır: "Sən onlara hüquq yox, avtomat atmaq, tüfəng atmaq öyrət".

Daha sonra R.Usubov kadr hazırlanmasında maliyyənin qitlığından şəkəyətlənir. Heydər Əliyev DİN üçün maliyyə artımı və'd verərək:   "Mən təhsil nazirliyinin büdcəsindən kəsib, sənə verərəm. Pulu bu cibimdən o cibimə qoyaram".

 

Tahir Əliyev (keçmiş gömrük naziri) rüşvətxorluğa görə işdən kənarlaşdıranda Milli Məclisdə: "Mən ki, tamojnidə rüşvət almışam, burda almamışam! Niyə məni burda etika komissiyasından kənar eləyirsiniz?! "

 

Hansısa məmurlardan biri Çernobıl əlilləri ilə görəşərkən işlətdiyi ifadə: “Sizi Çernobl günü münasibəti ilə təbrik edirəm!”

İlham Əliyev: “Adam mübarizəni kişi kimi aparar” və ya “Kişi idin gələrdin də, niyə qorxdun”?!

Şərh (1) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 11/11/2005 - Siyasi incilər (7-hissə)

Kateqoriya: inciler

Sonuncu Milli Məclisdə Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, Heydər Əliyev elə dövlət qurub ki, 12 ballıq zəlzələyə də tab gətirə bilər.

 

Deputat Fazil İbrahimli namizidliyini irəli sürdüyü regionda hakim partiyanın Mixail Zabelini dəstəkləməsindən gileylənib. "Hətta Zabelin gələcək parlamentə düşsə belə, heç kim inanmayacaq ki, onu talışlar seçib" deyə F.İbrahimli bildirib.

 

Millət vəkili Xıdır Alovlu isə deyib ki, onun Heydər Əliyev haqqında əsərini ancaq Nizami Gəncəvinin o zamankı hökmdarlara həsr etdiyi əsərlərlə müqayisə etmək olar.

 

Parlamentin spikeri Murtuz Ələsgərov xatırladıb ki, ANS telekanalında gedən proqramların birində namizəd vəd edib ki, Xəzər dənizini qurudaraq vətəndaşlara torpaq paylayacaq. Spiker namizədlərə üz tutaraq xahiş edib ki, belə yerinə yetirilməsi mümkün olmayan vədlər verməsinlər. Qeyd edək ki, sözügedən vəd "Qulp" satirik proqramında səslənib.

Şərh (2) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 2/11/2005 - Siyasi incilər (6-hissə)

Kateqoriya: inciler

Vəzifələrə özü tə'yin etdiyi rüşvətxorları başına yığıb, onlara rüşvətxorluqdan "dərs" verən Heydər Əliyev: "Mən bilirəm, oturubsunuz kabinetlərdə, cürbəcür işlərlə məşğulsunuz".

 

•Vəzirov: „Neçə uşağın var”?

-          “İki”

-          “Azdır, azdır... Bu işnən özüm məşğul olacağam”.

 

•Tahir Əliyev (keçmiş gömrük naziri) : "Mən üç ay burada işlədim və indi başa düşdüm ki, burada ali təhsilli adam işləməlidir".

 

 

2000-ci ildə Sidney olimpiadasının qalibləri Namiq Abdullayev və Zemfira Meftahədinova ilə görüşdə Nərimanov Rayonu icra başçısının: „Hörmətli Disney olimpia iştirakçıları!..” sözü yadda qalan xatirələrdəndir.

 

Spiker Rza İbadova səslənir:

-          İbad Rzayev, söz sizindir.

-          Murtuz müəllim, Siz artıq neçə ildir spikersiz bir dənə mənim adımı yadda saxlaya bilmirsiniz. Mən İbad Rzayev yox, Rza İbadovam.

-          Oldu İbad, bu bir o qədər da vacib deyil. Davam edin…

Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 27/10/2005 - Siyasi incilər (5-hissə)

Kateqoriya: inciler

Xocalı faciəsinə Milli Məclisdə baxılarkən sədrlik edən Heydər Əliyev tə'kidlə:

- Elmira Qafarova hanı? Niyə yoxdur burda?

Yerdən deputatların birisi:

- Elmira xanım xəstədir, daçaya gedib.

Cavabdan hirslənmiş Heydər Əliyev:

- Nə daça?! Daça olmaz!

 

Həmən iclasda sabiq dövlət katibi Mitət Abbasov çıxış eləyir:

- Mənə deyirlər ki, Mütəllibovun adamı olmuşam. Mən heç kəsin adamı olmamışam...

Heydər Əliyev sözünü kəsərək:

- Sizin nə ixtiyarınız var burda belə yüksək pafoslu danışmağa?! Necə yə'ni siz heç kəsin adamı olmamışsınız?! Siz şəxsən mənim adamın olmuşsunuz!

Özünü itirmiş Mitət Abbasov:

- Heydər müəllim, mənim sizə çox böyük hörmətim var, amma mən sizin adamınız olma...

Heydər Əliyev israrla:

- Yox! Siz şəxsən mənim adamım olmuşsunuz!

 

20 yanvarın ildönümündə həmişəki kimi sinədən çıxış edən Heydər Əliyev: "Bu əziz... (pauza) və ağır günündə... Bu gün bizə ona görə əzizdir ki, biz əziz şəhidlərimizi qurban vermişik" - deyə, vəziyyətdən çıxır.

Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 10/10/2005 - Siyasi incilər № 4

Kateqoriya: inciler

Bildiyiniz kimi bir neçə il bundan əvvəl ABŞ-ın Bakıdakı səfiri S. Eskudero idi. Parlamentin binasından çıxan deputatlardan birinə jurnalistlər tərəfindən belə bir sual verilir:

-          Eskudero kim və ya nədir?

-          Koreyski maşındir da, o de dayanıb orda.

 P.S Ağıllı deputatımız Esperonu nəzərdə tutub, DEU maşınının bir markasını.

 

Vəzirov: “Ay xala, neçə uşağın var?”

Xala:  “On bir”.

Vəzirov:  “Kimnəndi?”

 

Vəzirov: "Azərbaycan xalqı, mən sizə qoz ağacı əkib, öz qozlarımı yedirdəcəm".

 

Ayna Sultanova heykəlinin açılışında Vəzirov: “Biz gərək bu cür qadınlardan çoxlu-çoxlu qayırağ”.

 

•Yeni seçilən gömrük naziri: “Biz indi işimizin istiqamətini 360 dərəcə dəyişməliyik”.

Şərh (1) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 23/9/2005 - Siyasi incilər № 3

Kateqoriya: inciler

Vasif Talıbov: „XıXı”-ıncı əsrdə... üzr istəyirəm, “İkıs, İkıs”-ıncı əsrdə....

 

Türkiyədəki Gülhanə xəstəxanasında olarkən Süleyman Dəmirəl Heydər Əliyevi ziyarətə gəlir. Dünya mediası önündə keçirilən görüşdə Heydər Əliyev zarafatyana əlini Süleyman Dəmirəlin küreyinə vuraraq: “Pezeveng gibisin maşallah” deyir. (Onu qeyd edək ki, pəzəvəng türk dilində qadın alverçisinə, “Papa Karlo”ya deyilir.)

 

İlham Əliyev: “Ramil Üsubov hər əməkdaşına görə cavabdeh deyil.

 

"Şikayətlərdən məlum olur ki, əhalinin ciddi problemi yoxdur. İnsanlar əsasən, şəxsi problemlərinin həllini istəyirlər. Məsələn, kiminsə ailəsində xəstəsi var, kiminsə uşağı ödənişli əsaslarla oxuyur və sairə. Bu o deməkdir ki, ölkədə ciddi problemlərin əksəriyyəti artıq həll olunub"

İlham Əliyev
İsmayıllı rayonu 19.08.2005

Şərh (2) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 5/9/2005 - Siyasi incilər № 2

Kateqoriya: inciler

1992-ci il prezident seçkiləri öncəsi Zeynəb Xanlarova: „Ayaz Mütəllibova səs verməyən ermənidir” demişdir. Daha sonra Heydər Əliyev hakimiyyətə gəldikdən sonra: „Heydər Əliyev Azərbaycanın günəşidir“ demişdir.

 

İlhamə Quliyeva 2002-ci il prezident seçkiləri öncəsi konsertlərin birində: „Heydər Əliyev adına Azərbaycan respublikası” deyərək məddahlanmışdır.

 

Hacıbala Abutalıbov:  “Mənim bir arzum var, ölmək... Ancaq bu vasitəylə mən Heydər Əliyevlə görüşə bilərəm...”.

 

2000-ci il Milli Məslisdə Vergi məcəlləsinin müzakirəsi zamanı Zəlimxan Yaqubun: „Nazim müəllim, bu vergi məcəlləsi qəbul olunsa fahişələr də vergi verəcəkərmi?” sualına Nazim İmanov belə cavab verir: “ Fahişələrdə vətən sevgisi varsa verəcəklər”.

 

Rəhmətlik Elçibəy rus telekanalların birinə veridiyi müsahibədə belə deyir: “Rusları başa düşmək olar. Ora dartırlar... bura dartırlar...

Tərcuməçi: V nastoyaşıy moment politika Rossii yavlyaetsya krayne izmençivoy...

Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

Tin Söhbəti Nədir?



Saytımız yeni domainda
www.tinsohbeti.com



Ana Səhifə
Lirik Tin
Karikatura
Siyasi İncilər
Ancaq Azərbaycanda
Parlament Seçkiləri
Rəsmlər
Foto Kataloq
Tin Qrup
Arxivlər
Bizə Yazın!
Blog RSS




Bizə Yazın!


Son Yazılar

Saytımız yeniləndi...
Tinimizdəki qısaltma sözlər
Lazımlı yerə sərf eləmir, lazımsız yerə su kimi axıdır.
Tinimiz müsabiqədə.
Və'z oxumaq asan işdir, əməl eləyən gərək.
2095-ci il...
Reklamlar...
Karikatura (31-hissə)
Burun girməyən yerə, baş soxmazlar.
Siyasi İncilər (13- hissə)




Tindaşlar Tinimizin inkişafı üçün aşağıdakı Google Guşəsinə hər gün girəndə tıqqıldadun!







Toplist100.Net Rambler's Top100 Site Meter
Səhifə Nömrəsi:1 Cəmi:29
Əvvəlki Səhifə | Sonrakı Səhifə

Tin Söhbəti saytı heç bir siyasi təşkilata bağlı deyildir!
Bu saytın hazırlanmasında bizə maddi yardım göstərən: "Heydər Əliyev" fonduna, Maliyyə nazirliyinə, adının çəkilməsini istəməyən
Siyavuş Novruzova dərin minnətdarlığımızı bildiririk. Ünvanımız: Tinistan, Heyder Əliyev Prospekti 666. Redaksiya həyəti artıq dərəcədə xahiş edir ki,
saytda istifadə edilmiş yazılarla oxucunun fikri üst-üstə düşmədikdə əsəbləşib cin atına minməsin və bununla ölkədəki sabitliyi pozmasın!
müəlif hüquqları vəhşicəsinə pozulur və müəlliflərin, şərhçilərin həmçinin qonaqların yazılarına müdaxilə edilir.
by © Tin Söhbəti