<body> <div id="bb_navbar" style="display: block; position: absolute; width: 100%; top: 0; left: 0; z-index: 999999;"> <iframe src="http://www.blogcu.com/blogbar.php?loc=index&wc_id=0&theme_no=1&email=" width="100%" scrolling="no" height="32" frameborder="0" id="iframe" marginheight="0" marginwidth="0" allowtransparency="yes"> </div> </iframe> <div id="container_virgul"> <div id="virgul_kucuk" onMouseOver="ShowPicture('virgul_buyuk',1)"> <script type="text/javascript" src="http://prm.virgul.com/ad_rotate355.php"></script> </div> <div id="virgul_buyuk" onMouseOut="ShowPicture('virgul_buyuk',0)"> <script type="text/javascript" src="http://prm.virgul.com/ad_rotate356.php"></script> </div> </div> </div> <br/> <br/> <div style="margin-top:20px;margin-bottom:20px" align="center"> <script type="text/javascript"><!-- google_ad_client = "pub-7922704802748320"; /* 728x90, oluşturulma 25.03.2008 */ google_ad_slot = "2646695947"; google_ad_width = 728; google_ad_height = 90; //--> </script> <script type="text/javascript" src="http://pagead2.googlesyndication.com/pagead/show_ads.js"> </script> </div>
Logo SAYTIMIZIN YENİ VERSİYASİ TİN SÖHBƏTİ - YENİ DİZAYN DAXİL OLA BİLƏRSİNİZ!

• 1/2/2006 - Ay düdük

Kateqoriya: lirika

Salmış idi el səni bir vaxt nəzərdən, ay düdük.

Sonralar düşdün yada məclisdə hərdən, ay düdük.

 

Sən tütək tək səslənəndə dinləyər ellər səni ,
Bir söyüş tək işlənəndə dad efirdən , ay düdük.

 

Seçki əyyamı yaxınlaşdıqca parlamentdə sən,
Xeyr ola xatırlanırsan yerbəyerdən , ay düdük.

 

Xan çobanın Sarası düşmüş əsir məl ' unlara ,
O gəlincə səndə düşmə dərdi-sərdən ,ay düdük.

 

Bir düdük var ki ,onu axırda İsrafil çalar ,
Onda qalmaz bir əsər külli-bəşərdən ,ay düdük.

 

Bürcü "əqrəb"dir, səni cəhd eylə Pünhan çalmasın,
Çalsa mütləq çatlayarsan sən zəhərdən ,ay düdük.

Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 9/12/2005 - Yazmalıyam!

Kateqoriya: lirika

Ey qələm haqq sözümü mən acığa yazmalıyam.

Qatığa qarə deyən hər qatığa yazmalıyam.

 

Zatı pak kimsələrə yazmaram əsla acı söz.

Sözün ən sərtini zatı qırığa yazmalıyam.

 

Haqq olan şeyləri mədh eyləməyə borcum var.

Tənqidin əntiqəsin hər fırığa yazmalıyam.

 

Cırıblar ömrümüzün səhifələrin zalımlar.

İntiqam hissi ilə məhz cırığa yazmalıyam.

 

Paşadır kim ki, vətən millətinə xidmət edir.

Kim ki, əziyyət edir adını dığa yazmalıyam.

 

Boynu yoğun olanın nəyinə gərəkdir Qarabağ.

İnqilab fəryadını cır arığa yazmalıyam.

 

Hər gecə kef çəkənə sözlərimin təsiri yox.

Bu cızmanaməmi qəlbən sınığa yazmalıyam.

 

Pünhanın aşiqiyəm amma sözüm gizli deyil.

Həbibəm haqq sözü aşkar-açığa yazmalıyam.

 

Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 22/11/2005 - Erməni arvadı var.

Kateqoriya: lirika

 

Səndə Çaplindən füzun, artistlik istedadı var,

Əsl artist sənsən, o Çaplinin ancaq adı var.

 

İblis oddan olduğuyçun, düşdü odlar yurduna,
Gördü, nəslindən bu yurdda «N» qədər övladı var.

 

Ta ki, sandıqlar açıldı, gəldi pambıqlar yerə,
Bildi ellər, pambıq ilə baş kəsən cəlladı var.

 

Şirin üçün dağ çapan Fərhad acından an verir,
Şirinin, ondan xəcalətdən qaçan Fərhadı var.

 

Gör neçə illər keçib, zalım unutmur, «Əsli»ni
Eşqə bir bax, indiyəcən erməni «arvadı» var.

 

Pusdular, pusdurdular, axır tutub susdular,
Örtdülər, basdırdılar, qəbrində hər abadı var.

 

Tayfabazlar rəqsinə gir, sən də bir beldən yapış,
Söykə, həm söykən, desinlər milli bir «lambadı» var.

 

Pünhanam, haqq sözlərimlə, haqq ziyasın paylaram,
Ol kəsə düşməz bu paydan kim, onun «həmzadı» var.

 

10 fevral 1999. Bakı.

Şərh (1) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 5/10/2005 - Mədə və İnsan

Kateqoriya: lirika

 

 Yenə rəhmət ayı təşrif buyurub dövrümüzə.

Bu mübarək Ramazan dərman olar cövrümüzə.

Bu ayda oruc tutub, ibadət eyləyək gərək.

Ki, Xuda dünya və axirətdə eyləsin kömək.

Nə isə keçim mətləbə, bir il bundan əvvəl.

İlk orucmu tutdum başıma açdım bir cəncəl.

Birinci gün güc-bəla ilə yetişdim iftara.

O qədər yedim qarın yerləşməyirdi şalvara.

Birdən mədə başladı ağrayıb üsyan etməyə.

Yemək də ki, tıxanıb boğaza qoymur getməyə.

Dedi: Ey insan hesab edirsən düz eliyirsən?

Sağlamlığa ziyandı, xəstəliyə yeriyirsən.

Doğrudur ki, saatdarnan oruc tutursan amma.

Sonradan hayfını çıxıb, çevirirsən harama.

Mən axı dəmirdən yox, ət parçadan yaranmışam.

Allahın qüdrətiylə səbr eləyib dayanmışam.

Demirəm ki, yemə yeyəndə aramnan yeginən.

Yeyib qurtardın Pərvərdigara şükr diginən.

Mədənin dediklərnə əməl eylədim sonradan.

Sən demə dediklərin çoxdan buyurmuş Yaradan.

İndiyədək o mədənin ağlına heyran idim.

O ağıl beyində olsaydı ayrı insan idim.

 

19 Oktyabr 2004, Berlin.

 Bütün Azərbaycan xalqının Ramazan ayını təbrik edir və Allahdan oruclarının qəbulunu diləyirik.İmsak və iftar vaxtı, Ramazan ayında oxunacaq olan dualar ve həmin ayda vacibi günlər təqvimlə bərabər burdan oxuya bilərsiniz.

Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 18/9/2005 - YOX deyək!

Kateqoriya: lirika

Həbib Müntəzir və Ümman qardaşımız bizə öz dedikləri meyxananı yollayıb, biz də sizə təqdim edirik:

 

Hər haqsızlığa, zülmətə YOX deyək

Bu zalım hakimiyyətə YOX deyək!

 

(Müntəzir)

Azərbaycanımız cənnət bağıdır

Cənnətin sərvəti nefti, yağıdır

Bir sərvət ki, ürəymizin dağıdır

Gəl elə bu cürnə sərvətə YOX deyək!

 

 

(Ümman)

Vətənin qaranlıq keçir hər ili

Bəzilərinində uzanıb dili.

Ölkəmizdə gedən  gizli, daxili

Hər baş verən cinayətə YOX deyək!

 

(Müntəzir)

Heydər xalqıma keçirtdi tıxacın

Kəsdi bütün millətimin əlacın

Rişələndirdi o rüşvət ağacın

Məmələkətimdə rüşvətə YOX deyək!

 

(Ümman)

Qutarsın ustul ustə gedən savaş

Ay dövlət hər işə gəl düzgün yanaş.

Azad olsun vətəndə hər vətəndaş

Yabançı olan adətə YOX deyək!

 

(Müntəzir)

Guzəranmıza bax nə əhvaldadı

Xalqım bashqa millətlərdən daldadı

15 ildi torpağmız işğaldadı

Bu cür namusa, qeyrəte YOX deyək!

 

(Ümman)

Baş verən faciə onundə kim dura,

Xalq oyansın ehtiyac var şeypura.

Başçı əlin çəksin zülmətdən nura,

Biz qaranlıq siyasətə YOX deyək!

 

(Müntəzir)

Televizor cəmiyyəti göstərir

Kanalarmiz hər nifrəti göstərir

Xalqa guya həqiqəti göstərir

Bu cür yalan həqiqətə YOX deyək!

 

(Ümman)

Ərən igidlərin azalıb sayı,

Yerdə qaldı ana, bacının hayı.

Əksi artıbdı yaltaqlaın sayı

Bu acıya, bu dəhşətə  YOX deyək!

 

(Müntəzir)

Ata gedib qoyub oğlun yerində,

Millət istidədi, özü sərində

Xalqın umudu batıbdı dərində

Hal-hazırkı vəziyyətə YOX deyək!

Şərh (5) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 11/9/2005 - Bölgələrdən reportaj

Kateqoriya: lirika

         (səyahətnamə)

Və Bakıdan bölgələrə səfər edən prezident korteji rayonun mərkəzinə yaxınlaşmaqda idi. Yeri göyü inlədən “İlham-İlham” sədaları tükənmək bilmir, hətta düşmən cəbhəsinə də yayılaraq erməni ordusunda vahiməyə səbəb olmuşdur. Bəzi mənbələrdən damcılayan məlumata görə düşmən atəşkəsin pozulduğunu zənn edərək Azərbaycan hakimiyyətinə məktub ünvanlamışdır. Məktubda deyilir: “Cənab, hörmətli, dahi ölməz şəxsiyyət Heydər Əliyevin miras qoyub getdiyi atəşkəs sazişini pozaraq, kişinin ruhuna xəyanət etmisiniz, bunun üçün sizi qınayırıq”.

 Rayonun mərkəzinə yetişən Azərbaycanın birinci ərkeyi cənab İlham Əliyev cənabları sabunqayırma fabrikinin açılışında iştirak etmişdir. Sabunun əhalinin ictimai, mədəni, siyasi, sosial və ümumiyyətlə bütün sahələrdə geniş surətdə istifadə olunduğunu və vacibliyini vurğulayan prezident sabunun adının “Hacı Heydər” olduğunu təqdirəlayıq qarşıladığını qeyd etmişdir. “Vətənimizin göyçək və bakirə sabitliyinin tükünə də toxunula bilməz” deyən gənc və perspektivli lider havanı yumruqlayaraq radikal müxalifətə radikal meydan oxumuşdur. Əsəblərini cilovlaya bilməyən Azərbaycan Olimpiya komitəsinin prezidenti havanı güləş fəndi ilə məğlub etmişdir. İqtisadiyyatın işıq surəti ilə irəlilədiyini, onun üçün də heç kim tərəfindən müşahidə oluna bilmədiyini və hər gün 100 minlərlə iş yerinin açıldığını qeyd edən hörmətli, möhtərəm prezident əhalinin 40%-nin yoxsul və müflis olmasına heyfsləndiyini bildirmişdir. Azərbaycanın tez bir zamanda sülh yolu ilə torpağlarının işğaldan azad ediləcəyini, lazım gələrsə hərbi geyim geyinib ali baş komandan kimi ilk dəfə cəbhə mühütünə yollanacağını qətiyyətlə ərz etdikdən sonra mərhum fəqət ölməz şəxsiyyət Heydər Əliyevin büstünün açılışına qatılmışdır. Evsiz-eşiksiz, köçkün-didərgin qaçqınların təkidi, istəyi və vəsaiti nəticəsində ərsəyə gələn heykəl üçün öz minnətdarlığını bildirdikdən sonra heykəlin önündə xatirə şəkli çəkdirmişdir. Sonra “Heydər Əliyev adına muzeyi”, Heydər Əliyev adına güşəni”, “Heydər Əliyev adına parkı”, “Heydər Əliyev adına küçəni”, “Heydər Əliyev adına idman kompleksini” və “Heydər Əliyev adına qəbristanlığı” ziyarət etmişdir.

Daha sonra bazara yollanaraq pendir, balqabağ, qatığın dadına baxaraq satıcıya:

-         Sən burda nə edirsən?

-         Alver edirəm cənab Prezident.

-         Əccəb edirsən – deyərək dahiyanə dialoqun səbəbkarı olmuşdur.

Ən sonda xalqla görüşən İlham Əliyev cənabları şikayət məktublarının hücümuna məruz qalmış və buyurmuşdur: "Şikayətlərdən məlum olur ki, əhalinin ciddi problemi yoxdur. İnsanlar əsasən, şəxsi problemlərinin həllini istəyirlər. Məsələn, kiminsə ailəsində xəstəsi var, kiminsə uşağı ödənişli əsaslarla oxuyur və sairə. Bu o deməkdir ki, ölkədə ciddi problemlərin əksəriyyəti artıq həll olunub". (!)

 

Fısqırıq Xəbər Agentliyi

Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 14/8/2005 - Ağla tarım

Kateqoriya: lirika
Qoluna bağla qara, Qarabağa ağla tarım,

Naləmi qoş qatara çək o dağa ağla tarım.

 

Bakıda hər gecə əyləncəli kef məclisinə,

Qarabağda neçə sönmüş ocağa ağla tarım.

 

Nə qədər sən demə biganəsi varmiş vətənin,

On beş ildir yerə girmiş papağa ağla tarım.

 

Neçə gülçöhrə əsir oldu o məlun yağıya,

Səslə əsgərləri qaldır ayağa ağla tarım.

 

Türkün əzalarını əcnəbi xaricdə satır,

Bu böyük dərdə uzağdan-uzağa ağla tarım.

 

Xislətindən gələn arsızlıqa rişxənd ilə gül,

Həsrətindən gözü dolmuş bulağa ağla tarım.

 

Bir elin dərdini bir tel çəkə bilməz bilirəm,

Qəmli tellər çəkən hər pir aşığa ağla tarım.

 

Pünhanın haqq sözü eldən-elə pərvaz eləyir,

Qonmasa gərçi dodağdan-dodağa ağla tarım. 

Şərh (1) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 25/7/2005 - Müasir Azərbaycan Himni.

Kateqoriya: lirika

 

(Əhməd Cavada nəzirə) 
Azərbaycan! Azərbaycan!
Ey qorxacaq övladın qanlı Vətəni!

Səndən ötrü cib kəsməyə cümlə hazırız!
Haqsızlığa tələsməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məzlum yaşa!
Var dövlətin talan oldu!
Sinən Qərbə meydan oldu!
Torpağından qaçan əsgər,
Hərə bir qəhrəman oldu!
Kaş olasan gülüstan,
Diləyim budur hər an
Səni sevən övlada,
Sinəndə yoxdur məkan!
Namussuzu hifz etməyə,
Alçağlığı yüksəltməyə,
Cümlə gənclər niyyətlidir!
Qanlı Vətən! Qanlı Vətən!
Azərbaycan! Azərbaycan!

28 Aprel 2005, Berlin.
 

Şərh (13) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 7/7/2005 - Azərbaycan krallığı...

Kateqoriya: lirika

(xəbərnamə)

2045-ci il Şahzadə III Əliyev Qarabağ probleminin həlli üçün Müstəqil Çeçenistan Respublikasında keçirilən MDB dövlətlərinin sammitinə qatılıb. Çeçenistan prezidentinin təşəbbüsü sayəsində Ermənistan prezidenti ilə görüşən cənab Əliyev məsələnin tez bir zamanda sülh yolu ilə həll olacağını vurğulayıb...  

Sammitdən qayıtdıqdan sonra Azərbaycanın paytaxtı İlhamabad şəhərində İlham Əliyev adına Respublika sarayında İlham Əliyevin Avropa Şurasındakı möhtəşəm çıxışının ildönümü ilə əlaqədar toplantıda iştirak edib. Cənab Əliyev ilham Tv-yə verdiyi müsahibədə bildirib ki: "İlham Əliyevin Avropa Şurasındakı uğuru yaxın gələcəkdə öz bəhrəsini verəcək"! Elə həmin gün erməni generallarının 4826-cı dəfə Azərbaycana gəlməsindən bezən Qarabağ Azadlıq Təşkilatı üzvləri İlham Əliyev adına Hava Limanında onları qarşılamağa üz tutublar. Sonradan məlum olub ki, ermənilər İlham Əliyev adına Dəmir Yol Vağzalına gələcəkmişlər. İlham Əliyev adına Dəniz Limanına gəlmə ehtimalı da var. (Onsuzda Qarabağın azadlığını istəyən 5-10 nəfər adam var onları da pərən-pərən salıblar küçələrə.) Ermənilər də eləmə tənbəllik qanunsuz şəkildə, sərhədimizi vəhşicəsinə pozaraq İlhamabaddan Türkiyənin Qars şəhərindəki İlham Əliyev küçəsinə çəkilən böyük magistral ilham yolu ilə durub gəliblər bura. Hər zaman olduğu kimi xoş səmimiyyətlə qarşılaşan sülalə "gendaşları" NATO-nun sülh məramlı qüvvələrinin İlham Əliyev Hotelində keçirilən toplantısında iştirak ediblər. Seçki ərəfəsində edilən çıxışlarda cənab Heydər Eliyev babasının və atasının layiqli yolunu davam etdirəcəyini bildirmiş, Azərbaycanda gedən siyasi, iqtisadi, medəni irəliləyişdən söz açmış, hətta bu irəliləyişin Avropaya inteqrasiyasının vacibliyini də vurğulamışdir. Qarabağ probleminin həllinə deyinən müdrik, dahi prezident bunun tez bir zamanda Azərbaycanın xeyrinə başa çatacağını, lazım gələrsə (mən bu "Lazım"ı tanımadım da kimdir, ata-bala da bunu deyirdi. A kişi siz əl çəkin ki, "Lazım" bədbəxt gəlsün də!) şanlı ordumuzla torpağlarımızı işğalçılardan azad edəcəyini beyan etmişdir. Erməni zabitləri bu bəyanata etiraz əlaməti olaraq nəvə Əliyevin və Azərbaycan millətinin ölməz babasının qəbrini ziyarət edib ruhuna dualar oxumuşlar.

 

Fısqırıq Xəbər Agentliyi

Şərh (5) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 22/6/2005 - Hər nə gəldi...

Kateqoriya: lirika

                                 Humanist xanım

 

Bir kişi yubkasının qabağında və arxasında çox biabırçı razrezi olan xanıma yaxınlaşıb onu pərt eləmək məqsədilə deyir:

 -Xanım, yubkanızın qabağındakı razrezi başa düşdüm, amma arxasındakını yox.

-Bəs daldakılar adam deyil?

                                           Fərq

 

-Ağ neftlə, qara neftin nə fərqi var?

-Ağ neft butulkalarla satılır, qara neft kəmərlərlə.

                                     Sual-Cavablar

 

-Azərbaycanda rüşvəti və korrupsiyanı qaydaya salmaq olarmı?

-Qaydaya deyə bilmərəm, amma qanuna salmaq olar.

                                         ***

-Fransız qızları ilə azəri qızlarının geydiyi yubkalarda fərq nədədir?

-Fransız qızları razrezli yubkalar geyinir, azəri qızları isə yubkasız razrezlər.

                                           Ağciyərlər

 

Vallah, bu millətin belə qorxaq olduğunu bilmirdim. Əşi, işıqçıdan qorxurlar, qazçıdan qorxurlar, zibil pulu yığandan qorxurlar... Deyirəm, Allah eləməsin, erməni gəlsə neynərlər?

                                          Dialoq nədir?

 

-Deyirlər, iqtidarla müxalifət dialoqa gedəcək. Məni bir başa sal görüm, dialoq nədir?

-Dialoq o deməkdir ki, o deyir-bu deyir, o deyir-bu deyir... və axırda "o" deyir.

Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

Tin Söhbəti Nədir?



Saytımız yeni domainda
www.tinsohbeti.com



Ana Səhifə
Lirik Tin
Karikatura
Siyasi İncilər
Ancaq Azərbaycanda
Parlament Seçkiləri
Rəsmlər
Foto Kataloq
Tin Qrup
Arxivlər
Bizə Yazın!
Blog RSS




Bizə Yazın!


Son Yazılar

Saytımız yeniləndi...
Tinimizdəki qısaltma sözlər
Lazımlı yerə sərf eləmir, lazımsız yerə su kimi axıdır.
Tinimiz müsabiqədə.
Və'z oxumaq asan işdir, əməl eləyən gərək.
2095-ci il...
Reklamlar...
Karikatura (31-hissə)
Burun girməyən yerə, baş soxmazlar.
Siyasi İncilər (13- hissə)




Tindaşlar Tinimizin inkişafı üçün aşağıdakı Google Guşəsinə hər gün girəndə tıqqıldadun!







Toplist100.Net Rambler's Top100 Site Meter
Səhifə Nömrəsi:1 Cəmi:29
Əvvəlki Səhifə | Sonrakı Səhifə

Tin Söhbəti saytı heç bir siyasi təşkilata bağlı deyildir!
Bu saytın hazırlanmasında bizə maddi yardım göstərən: "Heydər Əliyev" fonduna, Maliyyə nazirliyinə, adının çəkilməsini istəməyən
Siyavuş Novruzova dərin minnətdarlığımızı bildiririk. Ünvanımız: Tinistan, Heyder Əliyev Prospekti 666. Redaksiya həyəti artıq dərəcədə xahiş edir ki,
saytda istifadə edilmiş yazılarla oxucunun fikri üst-üstə düşmədikdə əsəbləşib cin atına minməsin və bununla ölkədəki sabitliyi pozmasın!
müəlif hüquqları vəhşicəsinə pozulur və müəlliflərin, şərhçilərin həmçinin qonaqların yazılarına müdaxilə edilir.
by © Tin Söhbəti