Yenə rəhmət ayı təşrif buyurub dövrümüzə.
Bu mübarək Ramazan dərman olar cövrümüzə.
Bu ayda oruc tutub, ibadət eyləyək gərək.
Ki, Xuda dünya və axirətdə eyləsin kömək.
Nə isə keçim mətləbə, bir il bundan əvvəl.
İlk orucmu tutdum başıma açdım bir cəncəl.
Birinci gün güc-bəla ilə yetişdim iftara.
O qədər yedim qarın yerləşməyirdi şalvara.
Birdən mədə başladı ağrayıb üsyan etməyə.
Yemək də ki, tıxanıb boğaza qoymur getməyə.
Dedi: Ey insan hesab edirsən düz eliyirsən?
Sağlamlığa ziyandı, xəstəliyə yeriyirsən.
Doğrudur ki, saatdarnan oruc tutursan amma.
Sonradan hayfını çıxıb, çevirirsən harama.
Mən axı dəmirdən yox, ət parçadan yaranmışam.
Allahın qüdrətiylə səbr eləyib dayanmışam.
Demirəm ki, yemə yeyəndə aramnan yeginən.
Yeyib qurtardın Pərvərdigara şükr diginən.
Mədənin dediklərnə əməl eylədim sonradan.
Sən demə dediklərin çoxdan buyurmuş Yaradan.
İndiyədək o mədənin ağlına heyran idim.
O ağıl beyində olsaydı ayrı insan idim.
19 Oktyabr 2004, Berlin.