<body><script language="Javascript">function ShowPicture(id,Source) { if (Source=="1"){ if (document.layers) document.layers[''+id+''].visibility = "show" else if (document.all) document.all[''+id+''].style.visibility = "visible" else if (document.getElementById) document.getElementById(''+id+'').style.visibility = "visible" } else if (Source=="0"){ if (document.layers) document.layers[''+id+''].visibility = "hide" else if (document.all) document.all[''+id+''].style.visibility = "hidden" else if (document.getElementById) document.getElementById(''+id+'').style.visibility = "hidden" } } </script> <style type="text/css"> #virgul_buyuk { position:absolute; visibility:hidden; border:0; width: 468px; height:250px; z-index: 999996; } #virgul_kucuk { display:block; border:0; z-index: 999997; height: 0 auto; } #container_virgul { z-index: 999998; position: absolute; top:0; left:295px; } </style> <div id="bb_navbar" style="display: block; position: absolute; width: 100%; top: 0; left: 0; z-index: 999999;"> <iframe src="http://www.blogcu.com/blogbar.php?loc=index&wc_id=0&theme_no=1&email=" width="100%" scrolling="no" height="60" frameborder="0" id="iframe" marginheight="0" marginwidth="0" allowtransparency="yes"> </iframe> <script src="http://prm.virgul.com/js/encode.js" type="text/javascript"></script> <div id="container_virgul"> <div id="virgul_kucuk" onmouseover="ShowPicture('virgul_buyuk',1)"> <script type="text/javascript" src="http://prm.virgul.com/ad_rotate376.php"></script> </div> <div id="virgul_buyuk" onmouseout="ShowPicture('virgul_buyuk',0)"> <script type="text/javascript" src="http://prm.virgul.com/ad_rotate418.php"></script> </div> </div> </div> <br/> <br/> <br/> <br/> <div style="margin-top:20px;margin-bottom:20px" align="center"> <script type="text/javascript"><!-- google_ad_client = "pub-7922704802748320"; /* 728x90, oluşturulma 25.03.2008 */ google_ad_slot = "2646695947"; google_ad_width = 728; google_ad_height = 90; //--> </script> <script type="text/javascript" src="http://pagead2.googlesyndication.com/pagead/show_ads.js"> </script> </div>
Logo SAYTIMIZIN YENİ VERSİYASİ TİN SÖHBƏTİ - YENİ DİZAYN DAXİL OLA BİLƏRSİNİZ!

• 9/11/2005 - Uzaq qohum yaxşıdı, yoxsa yaxın qonşu?

Kateqoriya: secki

Deputat seçilənlər:

Mehriban Əliyeva – Prezidentin arvadı.

Cəlal Əliyev – Prezidentin əmisi.

Adil Əliyev – Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevin qardaşı.

Elton Məmmədov – Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı.

Cavanşir Paşazadə - Şeyxülislam Allahşükür Paşazadənin qardaşı.

Aydın Abbasov -Bas nazirin birinci müavini Abbas Abbasovun oğlu.

Fəttah Heydərov – Gömrük naziri Kəmaləddin Heydərovun atası.

 

Biz hələ dostlardan, uzaq qohumlardan, rəfiqələrdən, tanışlardan yazmırıq...

Şərh (6) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 8/11/2005 - Mürəkkəb Seçki.

Kateqoriya: secki

Həə tindaşlarım, bu da İlham əkənin razı, ATƏT-in razı qalmadığı seçkilər. Amma APA dirənib ki, ATƏT deyib 87% müsbət qiymətləndirilib seçkilər. Biri belə deyir, biri helə.Özləri kimi mediaları da yalan püskürür. EXİT-POLL ları da gördük, pulları exit-lədilər. Amma yenə də rəsmi nəticələrlə fərqliliklər mövcuddur. Biz isə heç nə demirik. Bir seçki də ki, Zeynəb Xanlarova, Cəlal Əliyev, Mixail Zabelin (sən canı kimdü bu?), Siyavuş Novruzov və digər bu kimi səfeh-süfehlər seçilibsə, bu seçkidən və nəticələrindən və də demokratiyadan danışmağın özü səfehlikdir! 103 dənə YAPçı, 7 bişərəf, 7 nəfər də müxalifət. Mübarəkdü! Bunlarınkı da toydan sonra nağara oldu lap. Buyurun şəffaf seşkilərin şəkillərlə təsviri.

Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 6/11/2005 - Seçki - Kollaj

Kateqoriya: secki

Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 5/11/2005 - Seçki öz saytlarına oxşamasın!

Kateqoriya: secki

Hə qədeş seçkiyə düz bir gün qaldı. Seçki ilə əlaqədar saytlarımız dolub-daşır, adam əlindən tərpənmək mümkün deyil. Əvvəllər bunu qeyd etmişdik, amma indi ətraflı olaraq hamısına bir mız qoyaq. Məsələn əsas Seçkilər İnformasiya Mərkəzinin saytında marağlı bir təsadüfmü deyim, yoxsa işarəmi  aşkarlanmışdı. Həmçinin Parlament-2005 saytında bayrağımızın cənab prezidentimiz kimi tərsinə vurulmasının şahidi olmuşduq. İndi isə səhv də olsa həqiqətdə də seçkidəki alver haqq-hesabına baxaq. Seçki Monitorinq Mərkəzinin saytında ayın 4-ü qarşılaşdığımız  səsvermə qiyməti. Amma öz aramızdu MSK-nın saytında mız qoyulası bir qəmbərqulu çıxmadı.

 

Şərh (3) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 3/11/2005 - Plakat sərgüzəştləri (6-hissə)

Kateqoriya: secki

Həəə kiii, davam edək... Namizədlərimiz təbliğat və təfiqatı bir az da ilərilədərək nəlbəkiyə, stəkana  əl atıblar. Baimov qərdeş kimi təqvimlərə cumanlar da var.  Elçimiz də varmış, heş xəbərimiz yox idi. Həqiqətən də növbəyə durmaqçun doğulmuşuq,  sürünmək üçün yox! Demokratiya növbəsindədir xalqımız,  Razi bəy düz buyurur. Nazim bəy, bəs nə oldu siyasətlə  ticarət etməyəcəkdiz..?Mus..mus deyincə hələ Mustafa de də. Hələ İlhamın şəklin dürtərdin, xalq qaça-qaça gəlib səs verəcəkdi, özünkünə ehtiyac yox idi,  Mustafa müəllim.

 

Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 30/10/2005 - Plakat sərgüzəştləri (5-hissə)

Kateqoriya: secki

Hə qərdeşim... Bu günlərdə 24 saylı Nizami Birinci Dairə Seçki Komisiyyasından  Hidayət Rüstəmbəyli adlı namizədimiz Space Tv-də əcaib bir formada  iştirak etmişdir. Lap adamın yadına  Abel müəllim düşür. Amma qoyuna baxanda bu  toya getməlidir. Yəqin şəkilsiz  Kamil Bağırovu əvvəlki yazılarımızdan tanıyan var?! Bizim gileyimizdən sonra  şəklini dürtdü plakatına. Bu da tinimizin ümummilli təşəbbüsü. Hələ mən plakatına öz şəklindən başqa  qız gözlərini dürtənlərdən danışmıram. Bəlkə də  vətənə tərəqqinin yolu, gözlərimizin açılmağından gedir. Gözlərinizi dörd açın ey millətim! (yaman patriotik çıxış oldu, bağışlayın)

 

Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 25/10/2005 - Plakat sərgüzəştləri (4-hissə)

Kateqoriya: secki

Yəqin  Madmuazel Gülnaz xanım yadınızdadır. Axır ki, adını öyrənə bildim, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən  Validə Abasova. Bir tindaşımızın dediyinə görə  jurnalı da varmış. Bu da onun Milli Məclisə layiq  rəsmi. Şəxsən mən bu xanımı dəstəkləyirəm. Orda oturanlardan nəyi əksikdir ki?  Balaş demişkən, gərək qədrini bilək! Ayə bu seçkidə futbol komandaları da rol oynayırmış. Keçən yazıda Ayazı unutmamısız yəqin ki. Sonra diyirlər bizdə futbol inkişaf eləməyib. Buyur bu da Rövnəq məllim,  əlində də kos.

 

Şərh (1) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 20/10/2005 - Plakat sərgüzəştləri (3-hissə)

Kateqoriya: secki

Hə qaqulya davam edək... Azərbaycanın gənclərdən ibarət olan yeganə partiya YAP-ın 16 saylı Yasamal İkinci Dairəsindən namizedi və BDU-nun rektoru  Abel  Məhərrəmov güclü təbliğatla məşğuldur. Görünür Abel müəllim yaman  heyvansevər adamdır. Sizin üçün və sizinlə olan Azər bəy Abel əkəyə  həsrət deyil. Əsl namizəd belə olar ee canımçun,  sadə və vətənpərvər. İsa Qəmbər demişkən:  İnandığını seç, seçdiyinə inan. Sizin xidmətinizdə ola biləcək namizədə səs verin, deyir  Vəli Əli oğlu...

 

Şərh (0) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 12/10/2005 - Rəngimə bax, əhvalımı xəbər al!

Kateqoriya: secki

 113 saylı Şəki şəhərindən namizəd, sabiq Rabitə Naziri Nadir Əhmədov özünə sayt açdırmışdır. Siz canı rabitəçimizin saytına baxın. Saol ee Balaş, bizlər sənin qədrini amma çətin bilək. Həlal olsun Balakişi. Ayə bir az da həyatınızı Rövnəqləndirin da bə. Bir az da ətrafına Lalədən, bənövşədən əlavə edin, olsun saz. Bəlkə Yeni Parlamentimiz o zaman güllü-gülüstana çevrilər. Bu parlamentin müqəddəratını həll edəcək olan Seçkilər İnformasiya Mərkəzinin saytında marağlı bir təsadüfmü deyim, yoxsa işarəmi aşkarlanıb. Buyurun bu şəkilə baxın nə dediyimi anlayacaqsınız. Amma heç kimə deməyin aaa...

 

Şərh (5) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

• 11/10/2005 - Plakat sərgüzəştləri (2-hissə)

Kateqoriya: secki

Qədeş qaldığımız yerdən davam edək... Kamil qərdeşimiz yəqin xalqdan utandığından öz şiklini plakata vurmamışdır. Utanan bu xala kimi olar ee, həkim, şair, humanist və qeyri-adi insan. Həlal olsun! Hələ bir buna bax, Beyrək qeyrətli, Koroğlu bığlı, bir suyu Vasif Talıbov əkəyə oxşayan Müsəllim day-day. Bu da südəmərlər silsiləsindən növbəti gəncimiz. Ay qaqaş bu səninçün ticarət zad deyil ee, Nazim bəy demişkən; Siyasətlə ticarət etməyən adam, Abel Məhərrəmov. A kişi gəl gedək səhər-səhər xaş yeyək...

 

Şərh (2) :: Şərh yaz! :: Bağlantı:: Dostuna göndər!

Tin Söhbəti Nədir?



Saytımız yeni domainda
www.tinsohbeti.com



Ana Səhifə
Lirik Tin
Karikatura
Siyasi İncilər
Ancaq Azərbaycanda
Parlament Seçkiləri
Rəsmlər
Foto Kataloq
Tin Qrup
Arxivlər
Bizə Yazın!
Blog RSS




Bizə Yazın!


Son Yazılar

Saytımız yeniləndi...
Tinimizdəki qısaltma sözlər
Lazımlı yerə sərf eləmir, lazımsız yerə su kimi axıdır.
Tinimiz müsabiqədə.
Və'z oxumaq asan işdir, əməl eləyən gərək.
2095-ci il...
Reklamlar...
Karikatura (31-hissə)
Burun girməyən yerə, baş soxmazlar.
Siyasi İncilər (13- hissə)




Tindaşlar Tinimizin inkişafı üçün aşağıdakı Google Guşəsinə hər gün girəndə tıqqıldadun!







Toplist100.Net Rambler's Top100 Site Meter
Səhifə Nömrəsi:1 Cəmi:29
Əvvəlki Səhifə | Sonrakı Səhifə

Tin Söhbəti saytı heç bir siyasi təşkilata bağlı deyildir!
Bu saytın hazırlanmasında bizə maddi yardım göstərən: "Heydər Əliyev" fonduna, Maliyyə nazirliyinə, adının çəkilməsini istəməyən
Siyavuş Novruzova dərin minnətdarlığımızı bildiririk. Ünvanımız: Tinistan, Heyder Əliyev Prospekti 666. Redaksiya həyəti artıq dərəcədə xahiş edir ki,
saytda istifadə edilmiş yazılarla oxucunun fikri üst-üstə düşmədikdə əsəbləşib cin atına minməsin və bununla ölkədəki sabitliyi pozmasın!
müəlif hüquqları vəhşicəsinə pozulur və müəlliflərin, şərhçilərin həmçinin qonaqların yazılarına müdaxilə edilir.
by © Tin Söhbəti