DAXİL OLA BİLƏRSİNİZ!
• 29/3/2006 - Və'z oxumaq asan işdir, əməl eləyən
Tindaşlar, olan-qalan başbilənimiz İlham əkə yenə ermənilərə hədə-qorxu gəlib, deyib ki, elə eləməyin şığıyım üstünüzə. Ermənilər də qorxularından Qazaxı atəşə tutublar. Avropa İttifaqı da Azərbaycanın ərazilərini Ermənistan kimi təqdim edən xəritə qondarıb. Azərbaycan dilində tər-təmiz çırtdıyan Xarici işlər Naziri Elmar Məmmədyarov da deyir ki, Azərbaycanın sərvəti balağlarından töküldüyünə, Ermənistan isə ac-yalavac olduğuna görə Amerika Ermənistana daha çox yardım edir. Prezidentin gözəl-göyçək aparatının xarici əlaqələr şöbəsinin Koroğlu qeyrətli qaravulçusu Novruz Məmmədov bu Novruz ərəfəsində İlham əkənin durbinlə ermənilərə baxmasına ilişib. Allah axırını xeyr eləsin. Bunu da İnsanovun gününə salmasa yaxşıdır.

|
Şərh yaz! :: Dostuna göndər!
|
|
|
|
• 2008-12-18 21:23:45 - SILAH???//HAHAHA